2 Mart 2015 20:44

Bu gün "Qarabağ" futbol klubu 2015-ci ildə ilk transferini reallaşdırıb.

Teleqraf.com klubun saytına istinadən məlumat verir ki, komanda ispaniyalı Dani Kintananı öz heyətinə cəlb edib. Ağdam klubunda çıxış edəcək ilk pireneyli kimi tarixə düşəcək yarımmüdafiəçi İspaniyanın "Valensiya" klubunun yetirməsidir.

Karyerası ərzində daha çox İspaniya klublarında çıxış edən Daninin ulduzu Polşanın "Yagelloniya" klubunda parlayıb. Ötən mövsüm Polşa 1-ci liqasında 15 qol vuran yarımmüdafiəçi bu mövsümün başlanğıcında Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubuna transfer olunub. Mövsümün gedişində isə Ərəbistan klubu ilə yollarını ayırıb. Belə olan halda Dani "Qarabağ"a azad trasnfer kimi keçib.

Bu gün tibbi baxışdan uğurlar keçən ispaniyalı ilə 3 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, FIFA-nın qaydalarına əsasən D.Kintana mövsüm ərzində iki klubda oynadığına görə bu mövsüm "Qarabağ"da forma geyinə bilməyəcək.


Müəllif: