3 Mart 2015 10:29
1 191
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tibbi baxışdan uğurlar keçən ispaniyalı ilə 3 illik müqavilə bağlanılıb

Teleqraf.com xəbər verir ki, "Qarabağ" 2015-ci ildə ilk transferini reallaşdırıb. Ağdam təmsilçisi ispaniyalı Dani Kuintananı heyətinə qatıb. Klubun saytının verdiyi xəbərə görə, o, komandada çıxış edəcək ilk prineyli kimi tarixə düşəcək.

Yarımmüdafiəçi İspaniyanın "Valensiya" klubunun yetirməsidi. Karyerası ərzində daha çox ispan klublarında çıxış edən Daninin ulduzu Polşanın "Yagelloniya" klubunda parlayıb.

Ötən mövsüm Polşa 1-ci liqasında 15 qol vuran yarım-müdafiəçi bu mövsümün başlanğıcında Səudiyyə Ərəbistanın "Əl-Əhli" klubuna transfer olunub. Mövsüm gedişində isə Ərəbistan klubu ilə yollarını ayırıb.

Belədə Dani "Qarabağ"a azad agent kimi keçib. Bu gün tibbi baxışdan uğurlar keçən ispaniyalı ilə 3 illik müqavilə bağlanılıb. FIFA-nın qaydalarına əsasən Kuintana mövsüm ərzində iki klubda oynadığına görə bu mövsüm Qurban Qurbanovun komandasında forma geyinə bilməyəcək.

Rüstəm


Müəllif: