3 Mart 2015 16:15

"Vilyarreal"ın forvardı Lusiano Vyetto gələn il komandasını dəyişə bilər.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, "Barselona" onunla yaxından maraqlanır.

Xosep Mariya Bartomeu argentinalı futbolçunu Lionel Messinin partnyorları arasında görmək istəyir. Ancaq gənc oyunçu "Barselona"nın heyətində meydana çıxmaq üçün 2016-cı ilə kimi gözləməli olacaq.

Cari mövsümdə 36 matçda forma geyən Vyettonun aktivində 18 qol var.

Rüstəm


Müəllif: