4 Mart 2015 15:58
1 090
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uşaqlar üçün giriş pulsuz olacaq.

Bakı-2015 Avropa Oyunlarının yarışları, açılış və bağlanış mərasimlərinə biletlərin qiyməti açıqlandı.

Oxu.Az xəbər verir ki, biletlərin qiyməti yarışın mərhələsi, keçirilmə və tamaşaçı yerlərinin kateqoriyasından asılı olaraq, 2 manatdan 5 manatadək dəyişəcək.

Bu barədə Avropa Oyunları Əməliyyat komitəsinin press-relizində deyilir.

Uşaqlar və 16 yaşadək yeniyetmələr yarışa pulsuz, lakin yaşlı adamın (yaşı 18-dən çox) buraxılacaqlar. Həmin şəxsin üzərində şəxsiyyət vəsiqəsi və bilet olmalıdır.

Yeganə istisna Heydər Əliyev adına Arena və Milli Gimnastika Arenasındakı yarışlar üçün biletləri əhatə edəcək. Həmin yerlərdə yarışlara baxmaq istəyən, yaşı 16-ya çatmayan şəxslər 1 manat ödəməli olacaqlar.

Açılış mərasimində biletlərin qiyməti 20 manatdan, bağlanış mərasimində isə 10 manatdan başlayacaq. Biletlər 19-21 mart tarixlərində satışa çıxarılmalıdır.


Müəllif: