5 Mart 2015 01:11
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya kubokunda yarımfinal mərhələsinin cavab görüşləri keçirilir.

Teleqraf.com-un məlumatına görə, “Barselona” ilk görüşdə 3:1 hesabı ilə qalib gəldiyi “Vilyareal”ın qonağı olub.

Oyunda hesabı kataloniyalılar açıblar – 3-cü dəqiqədə Neymar fərqlənib. Meydan sahibləri birinci hissənin sonlarında Dos Santosun qolu ilə hesabı bərabərləşdiriblər.

Lakin 65-ci dəqiqədə Pinanın qırmızı vərəqə alması ilə azlıqda qalan “Vilyareal”ın bundan artığına gücü çatmayıb. Əvəzində əvvəlcə 73-cü dəqiqədə Suarez, 88-ci dəqiqədə isə yenidən Neymar fərqlənib – 1:3.

Beləliklə, “Barselona” İspaniya kubokunun finalına yüksəlib. Finalda onun rəqibi “Espanyol” – “Atletik” görüşünün qalibi olacaq.


Müəllif: