5 Mart 2015 10:00
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Barselona"nın yarımmüdafiəçisi Xavi karyerasını "Nyu-York Siti"də davam etdirəcək

Teleqraf.com xəbər verir ki, ispan futbolçu Nyu-York klubunun təmsilçiləri ilə bir araya gəlib və razılıq əldə olunub. Görüşdə həmçinin Xavinin atası və meneceri İvan Korretxa da iştirak edib.

35 yaşlı yarımmüdafiəçinin növbəti MLS mövsümündən etibarən "Nyu-York Siti"nin şərəfini qoruyacağı gözlənilir.

"Nyu-York Siti"də Xavinin sabiq komanda yoldaşı David Vilya çıxış edir. Onunla yanaşı, Frenk Lempardın da müqavilə haqları məhz ABŞ klubuna məxsusdu.

Rüstəm


Müəllif: