17 May 2014 00:19
927
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ümid edirəm ki, "Atletiko" qarşısında qalib gələrək çempionluğumuzu elan edəcəyik. Rəqibin Dieqo Kosta kimi güclü futbolçusu var. O, Avropanın ən yaxşı hücumçularından biridir".

Teleqraf.com-un məlumatına görə, bu sözləri "Barselona"nın baş məşqçisi Xerardo Martino La Liqanın sonuncu turunda "Atletiko" ilə oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

Argentinalı mütəxxəsis bildirib ki, komandası bu mövsüm qeyri stabil çıxışı ilə yadda qalıb. O, cari mövsümün "Atletiko" üçün isə uğurlu olduğunu söyləyib:

"Yalan danışmağı sevən bir insan deyiləm. "Barsa" bu mövsüm qeyri stabil çıxış etdi. "Atletiko"nun yerində olmağımızı çox istərdim. Ancaq yenə də çempion olmaq üçün çalışacağıq".

Qeyd edək ki, La Liqada çempionun müəyyənləşəcəyi "Barselona" - "Atletiko" matçı sabah baş tutacaq.


Müəllif: