7 Mart 2015 12:06
436

"Feyenoord" klubunun direktoru Erik Gudde "Fənərbaxça"nın futbolçusu Dirk Kuytu transfer edəcəkləri ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Klub rəsmisi mövsümün sonunda hollandiyalı futbolçunu yenidən komandaya qaytaracaqlarını deyib:

"Kuytun mövsümün sonunda "Fənərbaxça" ilə müqaviləsi başa çatır. Onunla maraqlanırıq və sabiq futbolçumuz da "Feyenoord"a gəlmək istəyir. Yaxın zamanda bu transferi rəsmi saytımızdan açıqlayacağıq".

Qeyd edək ki, Kuyt 2003-2006-cı illərdə "Feyenoord"un şərəfini qoruyub./qol.az/


Müəllif: