7 Mart 2015 16:16
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində qadın güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları keçirilir.

Teleqraf.com xəbər verir ki, yarışda Azərbaycanla yanaşı, Yaponiya, Polşa, ABŞ, Rusiya, Ukrayna, Monqolustan və İsveç güləşçiləri iştirak edirlər.

Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri Yaponiya, Polşa və ABŞ komandaları ilə A qrupunda mübarizə aparır. B qrupunda isə, Rusiya, Ukrayna, Monqolustan və İsveç komandaları qüvvələrini sınayır.

A qrupu

I tur: Yaponiya - Polşa, ABŞ - Azərbaycan

II tur: Yaponiya - ABŞ, Azərbaycan - Polşa

III tur: Azərbaycan - Yaponiya, ABŞ - Polşa

B qrupu

I tur: Rusiya - Ukrayna, Monqolustan - İsveç

II tur: Rusiya - Monqolustan, Ukrayna - İsveç

III tur: Rusiya - İsveç, Ukrayna – Monqolustan

Rüstəm


Müəllif: