17 May 2014 10:13
466

Futbol üzrə İspaniya çempionatında cari mövsümün sonuncu - 38-ci turunun oyunları keçirilir.


La Liqada 38-ci turun ilk oyun günündə bir görüş baş tutub.


"Malaqa" öz meydanında "Levante" ilə qarşılaşıb. Oyunda meydan sahibləri qonaqları minimal hesabla məğlub ediblər.


Turun digər oyunları isə bu gün və sabah keçiriləcək.


Qeyd edək ki, bu gün keçiriləcək "Barselona" - "Atletiko Madrid" qarşılaşmasından sonra La Liqanın qalibi müəyyən olacaq.



16 may
İspaniya La Liqası, 38-ci tur


"Malaqa" - "Levante" - 1:0
Qol: Portillo, 60 (1:0)

17 may
"Real" (Madrid) - "Espanyol"
"Barselona" - "Atletiko" (Madrid)

18 may
"Valensiya" - "Selta Viqo"
"Real" (Sosyedad" - "Vilyareal"
"Almeria" - "Atletik" (Bilbao)
"Osasuna" - "Betis"
"Rayo Valekano" - "Qetafe"
"Valyadolid" - "Qranada"
"Sevilya" - "Elçe"


Müəllif: