8 Mart 2015 00:16
1 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Real" yeni mövsüm üçün ilk transferini edib.

"Portu"nun futbolçusu Danilo Luis da Silva yeni mövsümdən Madrid klubunun şərəfini qoruyacaq.

Artıq bununla bağlı həm 23 yaşlı müdafiəçi ilə, həm də "Portu" ilə razılıq əldə olunub. Bu mövsüm başa çatdıqdan sonra "Real" Danilo ilə 6 illik müqavilə imzalayacaq.

Madrid klubunun bu transfer üçün "Portu"ya 20 milyon avro təzminat ödəyəcəyi bildirilib./qol.az/


Müəllif: