8 Mart 2015 01:19
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya bundesliqasının 24-cü turunda Münhen "Bavariya"ı 3:1 hesabı ilə "Hannover"i məğlub edib.

Milli.Az bildirir ki, bu uğur Hollandiya yığmasının yarımmüdafiəçisi Aryen Robbenin bundesliqada oynadığı 126 matçda 100-cü qələbə oyunudur.

Robben bununla da Almaniya bundesliqasının rekordunu vurub.

Əvvəlki rekordlar Tomas Müller və Villi Sanyola məxsusdu. Onların hər biri 148 qarşılaşmada meydana çıxmış, bu oyunlardan 100-də qalib gəlmiş komandanın heyətndə olmuşdular.

Bundesliqanın cari mövsümündə Robben 20 matçda meydana çıxaraq 17 qol vurub.


Müəllif: