8 Mart 2015 19:57
979
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün İspaniya La Liqasının 26-cı turu çərçivəsində "Barselona" doğma meydanda "Rayo Valekano"nu qəbul edib.

Trend-in məlumatına görə, oyunun 5-ci dəqiqəsində Suarez darmadağının əsasını qoyub. Bununla belə, birinci hissə sönük keçib.

İkinci hissənin əvvəlində Pike fərqlənib - 2:0. 54-cü dəqiqədə qonaqların heyətində Tito ikinci sarı vərəqə alaraq "Kamp Nou"nu tərk edib. Bundan sonra "Messi şou" başlayıb. Belə ki, argentinalı hücumçu 12 dəqiqə ərzində het-trik edib.

80-ci dəqiqədə meydanı tərk etmək növbəsi Alveşə çatıb - birbaşa qırmızı vərəqə.

Qonaqların yalnız 80-ci dəqiqədə penaltidən fərqlənməyə gücü çatıb. Sonuncu dəqiqədə isə Suares dubla imza ataraq son nöqtəni qoyub - 6:1.

Beləliklə, "Barselona" əzəli rəqibi "Real"ı 1 xal qabaqlayaraq turnir cədvəlində liderliyə yüksəlib.


Müəllif: