8 Mart 2015 20:52
678

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 25-ci turunda "Xəzər Lənkəran"a 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra fikirlərini bildirib.

Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, o, çempionatda ən vacib üç xalı qazandıqlarını deyib:

“Xəzər Lənkəran” çox istəklidir və sərbəst oynayır. Bütün bunlara baxmayaraq, qalib gəldik. “Xəzər Lənkəran” isə böyük perspektiv vəd edir. Məncə, bütün komandalar üçün “Xəzər Lənkəran”la oyun çətin keçəcək. Çünki onlar öz oyununu tapıb”.


Müəllif: