10 Mart 2015 18:12
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın “İnter” klubu rəhbərliyi Mauro İkardi ilə danışıqlar masasına oturub.

Teleqraf.com xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb. Tərəflər artıq anlaşmaq üzrədilər. Yaxın həftələrdə rəsmi müqavilənin imzalanacağı gözlənilir.

Yeni saziş 2019-cu ilə kimi nəzərdə tutulub. "İnter" İkardinni razı sala bilmək üçün onun məvacibini üç dəfə qaldırıb.

Cari mövsümdə İtaliya A Seriyasında 25 matçda meydana çıxan İkardinin aktivində 15 qol və 1 məhsuldar ötürmə var.

Rüstəm


Müəllif: