11 Mart 2015 22:38
350

"Porto" rəhbərliyi komandada icarə əsasında çıxış edən "Barselona"lı Kristian Telyonun müqavilə haqlarını əlinə keçirmək istəyir.

Teleqraf.com Sport.es-in xəbərinə istinadən məlumatına görə, ispan futbolçunun menecerləri Xosep Mariya Orobitq və Pep Setvalls "əjdahalar"ın idman direktoru Antero Enrike ilə danışıqlar aparırlar. Klublar arasındakı anlaşmaya əsasən, təzminat məbləği 8 milyon avro təşkil edir.

Əgər "Barselona" yayda 2 milyon avro ilə yanaşı, Telyonun məvacib xərclərini qarşı tərəfə ödəsə, 23 yaşlı oyunçu İspaniyaya qayıda bilər.

Cari mövsümdə Portuqaliya çempionatında 22 matçda meydana çıxan Telyonun aktivində 6 qol və 6 məhsuldar ötürmə var.

Rüstəm


Müəllif: