14 Mart 2015 16:13
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Klubun yeni baş məşqçisinin adı məlum olub.

Teleqraf.com xəbər verir ki, İstanbul klubu müqaviləsi mövsüm sonunda bitəcək olan Hamza Hamzaoğlu ilə çalışmaq fikrində deyil.

ABŞ futbol liqasının rəsmi radiosu "MLS Radyo" ABŞ yığmasının baş məşqçisi Yurgen Klinsmanın aktiv futbolun içində olmaq istədiyini qeyd edib.

Radionun verdiyi xəbərə görə, almaniyalı mütəxəssis iyun ayından etibarən ya "Qalatasaray"ı, ya da "Birmingem Siti"ni çalışdıracaq.

50 yaşındakı mütəxəssisin iddialara cavab verməməsi isə şaiələrin daha da artmasına gətirib çıxarıb.

Rüstəm


Müəllif: