16 Mart 2015 09:15
380

Azərbaycanın Triatlon idman növü üzrə yığması bu ilin ilk qələbəsini qazanıb.

Misirin Hurgada şəhərində keçirilən Açıq Afrika Kubokunda idmançımız Rostislav Pevstov qələbə qazanaraq ilk uğura imza atdı.

Qeyd edək ki, Rostislav Pevstov Rio de Janeyroda keçiriləcək Olimpiya Oyunlarina vəsiqə qazanmaq üçün öz aktivinə reyting xalları yazıb.

Bildirək ki, bu idmançımızın ilk uğuru deyil. Belə ki, triatlonçumuz ötən il Meksikada keçirilmiş Panamerika Kuboku, Çində Asiya Kuboku və Macarıstanda Dünya Kubokunun 2-cisi olub.

Yiğmamızın digər üzvləri Aleksandr Yatsenko Açıq Afrika Kubokunda 6-ci, Kseniya Levkovskaya isə 10-cü yerə layıq görülüblər.


Müəllif: