19 Mart 2015 16:21
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Teleqraf.com-un məlumatına görə, iclasda Premyer Liqanın 26-cı turunun və Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunları ilə bağlı bir sıra qərarlar qəbul olunub.

Belə ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin AZAL - “Neftçi” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

“Simurq” - “Qəbələ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Premyer Liqanın XXVI turunun “Bakı” - “Simurq” matçında “Bakı” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun fasiləsi zamanı “Bakı” klubunun məşqçisi Muarem Zekir hakimlər briqadasına qarşı fiziki təsir göstərdiyinə görə 20 oyun stadiona girişinə qadağa qoyulub, klub 20 000 manat cərimə olunub.


Müəllif: