19 Mart 2015 16:51
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəhər mərkəzində yerləşən 12 Şəhər Bilet Satışı Məntəqəsi "Bakı 2015 Avropa Oyunları" üçün biletlərin satışına 3 Apreldən başlanacaq.

Həmçinin, biletlərini onlayn alan bütün tamaşaçılar onları qabaqcadan əldə etmək imkanı qazanacaqlar! 12 İyundan qabaq biletlərini götürən bütün tamaşaçılar Oyunların Tərəfdaşları və Dəstəkçiləri tərəfindən maraqlı hədiyyələr əldə etmək şansını qazanacaqlar.

"Bakı 2015 Avropa Oyunları" ailə və dostlar üçün də nəzərdə tutulmuş tədbirdir və 16 yaşından aşağı olan uşaqlar əksər yarış sessiyalarına pulsuz girmək hüququna malikdirlər.

Bununla belə, yarış obyektlərinə daxil olmaq üçün 3 Apreldən etibarən hər hansı satış məntəqəsində uşaqlar üçün xüsusi pulsuz bileti əldə etmək lazımdır. Bu pulsuz biletlər Şəhər Bilet Satışı Məntəqələrindən və Yarış Obyektlərinin Kassalarindan doğum haqqında şəhadətnaməni göstərməklə əldə edilə bilər.

Qeyd edək ki, nağd ödənişlər kredit kartına əlavə olaraq qəbul ediləcəkdir. Pulsuz biletlər aşağıda qeyd olunan sənədləri təqdim etməklə alına bilər: doğum haqqında şəhadətnamə, fiziki qüsurlu şəxslər üçün isə tibbi şəhadətnamə.

İLHAMƏ


Müəllif: