İspaniyanın “Barselona” futbol klubu baş məşqçisiz qalıb. Alınan son məlumata görə, Herardo Martino istefa verdiyini açıqlayıb.
“Barselona” futbol klubunun baş maşqçisi Martino “Barselona” klubunun rəhbərliyinə və azarkeşlərinə təşəkkür edib, ümidləri doğrultmadığıma görə isə üzr istəyib.
Xatırladaq ki, Herardo Martino “Barselona”nın sükanı arxasına 2013-cü ilin iyununda keçib. Kataloniya klubu onun başçılığı altında İspaniya superkubokunu qazanıb.
Dünən “Atletiko Madrid”lə keçən həlledici oyunda "Barselona" öz meydanında heç-heçə edib və çempionluq şansını itirib.
“Barselona” – “Atletiko” 1:1
Qollar: Sançes, 33, Qodin, 49
Anspress.com