21 Mart 2015 14:21
484

Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan Azərbaycan milli komandası ikinci yoldaşlıq oyununu keçirib.

Teleqraf.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, yığmamız "Ayntraxt" (Frankfurt) klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Budaq Nəsirovun vurduğu qol yığmamıza 1:0 hesablı qələbə qazandırıb.


Müəllif: