21 Mart 2015 17:58
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın “Barselona” futbol klubunun yarımmüdafiəçisi Xavi bu mövsümün sonunda komandanı tərk edəcək.

Bu barədə Trend “El Mundo Deportivo” nəşrinə istinadən məlumat verir.

İspaniyalı Qətər çempionatının öndə gedən klublarından birinin təklifini qəbul edib.

Xavinin transferinin şərtləri hələ məlum deyil. Qeyd edək ki, futbolçunun “Barselona” ilə müqaviləsinin müddəti 2016-cı ildə başa çatır.


Müəllif: