22 Mart 2015 11:35
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin "Mançester Yunayted" klubunun adı seks qalmaqalına qarışıb.

Teleqraf.com xarici mətbuata istinadın xəbər verir ki, "Sun" qəzetinə danışan və futbolçunun özünə göndərdiyi telefon mesajlarını göstərən universitet tələbəsi Kelli Makkiney bunları deyib:

"Mənə mesaj göndərib onunla və komanda yoldaşı ilə qrup əlaqəyə girmək üçün 10 min sterlinq təklif edəndə az qala oturduğum stuldan yıxılam. Necə alçaq biri belə bir təklif cürətini özündə tapar? Mən qətiyyən belə biri deyiləm və onun sözlərini çox təhqiredici hesab edirəm".

Mançesterdə yaşayan Makkiney Pereyra ilə "Neighbourhood" adlı barda Yeni il partisində tanış olduqlarını bildirib. Gənc qız partidən sonra bir rəfiqəsi ilə birlikdə iki futbolçunun tuttuğu otel odasına getdiklərini, ancaq Makneyr ve Pereyra ile seksual əlaqəyə girməyi rədd edərək oranı tərk etdiklərini qeyd edib.

Olaydan sonra Pereyranın onu sosial şəbəkədə tapdığını deyən Makkiney sözlərinə belə davam edib: "Bir müddətdən sonra "Whatsapp"da danışmağa başladıq. Məndən ona bir şəkil göndərməyimi istədi. Daha sonra qrup seks təklif etdi və adambaşına 5 min sterlinq verməyə hazır olduqlarını bildirdi".

Futbolçunun meneceri Leo Şeynkmən məsələ ilə bağlı mətbuata açıqlama verib: "O, gənc və subay bir insandı. Ürəyi kiminlə istəsə, cinsi əlaqəyə girə bilər. Nəyə görə üzr istəməlidi?"


Müəllif: