22 Mart 2015 01:15
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində Azərbaycan milli komandasının mübarizə apardığı 4-cü qrupun oyunlarına yekun vurulub.

Trend-in məlumatına görə, Azərbaycan millisi Ukrayna ilə qarşılaşıb. İki turdan sonra birinci yerdə qərarlaşan millimizə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanması üçün heç-heçə də kifayət edirdi. Ancaq bu oyunda Azərbaycan Ukraynaya 3:2 hesabı ilə uduzub. Bu nəticə ilə Ukrayna qrupu birinci pillədə tamamlayıb.

Turun digər oyununda Belçika Danimarkaya 5:3 hesabı ilə qalib gəlib.


Müəllif: