23 Mart 2015 00:55
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Türkiyə Superliqasında 25-ci tura yekun vurulub.

Trend-in məlumatına görə, turun son oyun günündə Şükrü Saracoğlu stadionunda "Fənərbağça" və "Beşiktaş" klubları qarşılaşıblar.

Gərgin keçən oyunda hesab son dəqiqələrdə açılıb - "Fənərbağça"nın futbolçusu Mussa Sou fərqlənib - 1:0.

Beləliklə, Superliqada "Qalatasaray" 55 xalla 1-ci, "Beşiktaş" 54 xalla 2-ci, "Fənərbağça" isə 54 xalla 3-cüdür.


Müəllif: