24 Mart 2015 19:15
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Atletiko” baş məşqçisi Dieqo Simenone ilə müqavilənin müddətini uzadıb.

Qol.Az-ın xəbərinə görə, bu haqda İspaniya qəzetləri məlumat yayıb.

İspaniya mediası yeni müqavilənin 2020-ci ilin iyunun 30-na qədər nəzərdə tutulduğunu yazıb. Müqavilənin maddi tərəfi haqda hələlik xəbər yoxdur.

Klubun rəsmi saytının yaxın vaxtlarda yeni müqavilə ilə bağlı açıqlama yayacağı gözlənilir.

Xatırladaq ki, 44 yaşlı argentinalı mütəxəssis 2011-ci ildən "Atletiko”nun baş məşqçisi işləyir. Onun rəhbərliyi altında Madrid təmsilçisi 2012/13 mövsümündə İspaniya kuboku, 2013/14 mövsümündə İspaniya çempionu adını qazanıb və Çempionlar Liqasının finalına yüksəlib.

Bu uğurlu göstəricilərdən sonra Simeonenin İngiltərə klublarından birinə keçəcəyi iddia olunurdu.


Müəllif: