26 Mart 2015 22:14

İspaniyanın “Barselona” klubunun əfsanəvi futbolçusu Xavi Hernandes bu mövsümün sonuna yaxın Qətərin “Əl-Sədd” klubuna keçəcək.

Artıq 35 yaşlı oyunçu klubla 3 illik müqavilə də imzalayıb.

Xavi yeni klubunda illik 10 milyon avro maaş alacaq. O, Qətər klubunda çıxış edəcəyi müddətdə məşqçi lisenziyasını almağı da planlaşdırır./trend/


Müəllif: