19 May 2014 12:19
666

Avropa ölkələrinin əksəriyyətində çempionat yekunlaşıb.

Publika.az xəbər verir ki, çempionatların medalçıları ilə yanaşı bombardirlər də müəyyənləşib. Avropanın bu mövsüm üçün ən çox qol vuran futbolçuları “Liverpul”lu Suares və “Real”lı Ronaldo olub.

Onların hər ikisi çempionatda 31 qola imza atıb. “Böyük beşlik” ölkələrinin çempionatlarında hər qola 2 xal verildiyi üçün Ronaldo və Suares 62 xal toplayıblar. Hər iki futbolçu “Qızıl buts” mükafatına layiq görüləcək.

Avropanın aparıcı çempionatlarının bombardirlərinin siyahısını təqdim edirik:

1-2. Luis Suares (“Liverpul”) – 31 qol (62 xal)

1-2. Ronaldo (“Real”) – 31 (62)

3. Lionel Messi (“Barselona”) – 28 (56)

4. Dieqo Kosta (“Atletiko”) – 27 (54)

5. İbrahimoviç (“PSJ”) – 25 (50)

6. Conatan Soriano (“Zaltsburq) - 31 (46,5)

7-8.Starric (“Liverpul”) – 22 (44)

7-8.Çiro İmmobile (“Torino”) – 22 (44)

9. Alfred Finnboqason (“Herenven”) 29 (43,5)

10-12. Levandovski (“Borussiya”) – 20 (40)

10-12. Yaya Ture (“Mançester Siti”) – 20 (40)

10-12. Luka Toni (“Verona”) – 20 (40)


Müəllif: