Cənubi Amerika ölkəsi Boliviyanın Prezident Evo Morales Boliviyanın 1-ci futbol liqasının komandası “Sport Boys” ilə müqavilə imzalayıb.
“Axar.az” xəbər verir ki, idman həvəskarı olan Evo Morales 54 yaşında professional idmana gəlib. “Sport Boys”la müqaviləyə imza atan Prezident komandanın 10 nömrəli formasını geyəcək. Prezidentin qarşıdakı oyunlar üçün olduqca həyəcanlı olduğu deyilir.
Komandanın rəhbəri verdiyi açıqlamada Prezidentin futbolu sevdiyini və yaxşı oynadığını bildirib.