20 May 2014 12:21
966
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin “Qalatasaray” klubu ilə vidalaşan Droqba İngiltərənin “Çelsi” klubuna qayıda bilər.

Bu barədə AzVision.az Qərb KİV-nə istinadən xəbər verir.


İngiltərə KİV-nin yaydığı məlumata görə, Droqbanın 2014-cü il futbol üzrə dünya Çempionatından sonra “Çelsi” ilə müqavilə imzalayacaq. Qeyd edək ki, hələ ötən mövsüm klubun məşqçisi Joze Mourinyo Droqbanın transfer etmək istəyib.

Məlumatlara əsasən Droqba “Çelsi” ilə bir illik müqavilə imzalayacaq, bu müddət bitdikdən sonra isə o, Mourinyonun köməkçisi olacaq.


Xatırladaq ki, 1.5 il “Qalatasaray” forması ilə çıxış edən Droqba 53 rəsmi oyunda 20 qol vurub.


Müəllif: