20 May 2014 15:24
949

Dieqo Simeone növbəti mövsüm "Atletiko"dan ayrılmayacaq.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, argentinalı mütəxəssis yeni mövsüm də Madrid klubunu çalışdıracağını deyib:

"Növbəti mövsümdə də "Atletiko"dayam". Burada olduğum üçün xoşbəxtəm. Madrid təmsilçisində işlədikdən sonra komanda inkişaf etdi. Digər klublarla aramızda maliyyə baxımından çox fərq olsa da, biz mübarizəmizi davam etdirəcəyik".

Qeyd edək ki, Simeone bu mövsüm "Atletiko" ilə La Liqada çempion olub. Bundan başqa, komanda Çempionlar Liqasının finalına da yüksəlib.


Müəllif: