20 May 2014 16:44
448

Voleybol üzrə qadınlardan ibarət milli yığma komandamız Avropa çempionatının II seçmə mərhələsinə hazırlığı Sloveniyadakı təlim məşqlərlə baş vurub. Bundan sonra komandamız Bolqarıstana yola düşüb.

Bu barədə Teleqraf.com-a Azərbaycan Voleybol Federasiyası mətbuat xidmətinin rəhbəri Şəfəq Kərimova məlumat verib.

Faiq Qarayevin yetirmələri Sloveniyada Avstriya, İsrail və Sloveniya milliləri ilə bir neçə yoldaşlıq oyunları keçirəcək.

Qeyd edək ki, Rusiya çempionatında iştirak edən milli komandamızın aparıcı üzvü Natalya Məmmədova da toplanışda iştirak edib.

Aygün İlqarqızı


Müəllif: