17 Aprel 2014 15:06
464

“Mançester Yunayted"in sabiq baş məşqçisi Aleks Ferqyusson maraqlı addım atıb.

Teleqraf.com xəbər verir ki, o, şəxsi şərab kolleksiyasını auksiona çıxarmaq qərarına gəlib.

5000-ə yaxın şərab şüşəsi London və Honkonqda auksiona qoyulacaq. Onlardan 3 milyon funt sterlinqə yaxın mənfəət əldə etmək planlaşdırılır. Alqı-satqı 3 mərhələdən ibarət olacaq. Kolleksiyanın 60 faizi mayın 24-də satılacaq, 30 faiz iyunda auksiona çıxarılacaq. Daha 10 faizi isə internetdə satmaq planlaşdırılır. Ferqyusson məsələ barəsində bunları deyib:

“Çaxır futboldan sonra mənim ilk ehtirasıma çevrilib. Futbol məşqçisi işləyən zaman yaşadığın stressdən qurtulmaq üçün nəyəsə marağın olmalıdı”.


Müəllif: