17 Aprel 2014 16:19
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone Argentina millisini çalışdıra bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı İspaniya mətbuatı yayıb. Argentina millisinin hazırkı baş məşqçisi Alexandro Sabelyanın müqaviləsi 2015-ci ildə başa çatır. İddialara görə, 59 yaşlı mütəxəssis Braziliyada keçiriləcək dünya çempionatından sonra postunu tərk edəcək, onu yerini isə Simeone tutacaq.

Simeonenin başçılıq etdiyi “Atletiko” hazırda İspaniya çempionatında liderlik edir. Çempionatın başa çatmasına 5 tur qalmış “Atletiko” “Real”ı 3, “Barselona”nı 4 xal qabaqlayır.


Müəllif: