22 May 2014 16:59
685

Voleybol üzrə Avropa Çempionatında qadınların yarışında çıxış edən Azərbaycan millisi bu gün mübarizəyə başlayır.


Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, D qrupunda yer alan komandamız II seçmə mərhələ çərçivəsində Portuqaliya yığmasıyla qarşılaşacaq. Oyun yerli vaxtla 17:30-da başlayacaq.

Qeyd edək ki, Bolqarıstanda baş tutan seçmə mərhələdə Faiq Qarayevin yetirmələri həmçinin, meydan sahibləri və Yunanıstanla da oyun keçirəcəklər. Günün ikinci görüşündə Bolqarıstan və Yunanıstan 19:00-da üz-üzə gələcəklər./ans/


Müəllif: