23 May 2014 12:05
710

Azərbaycan kubokunun final oyununda “Qəbələ” və “Neftçi” üz-üzə gəlib. “Neftçi” penaltilərlə qalib gələrək (3:2) kuboka sahib olub.

Qarşılaşmaya maraq böyük olub. Oyunu izləməyə gələnlər arasında məşhur şəxslər də olub. Belə ki, matçı tribunadan izləyənlər içərisində şoumen Bəhram Bağırzadə, cüdo üzrə Paralimpiya çempionu Ramin İbrahimov kimi məşhurlar olub.

Qeyd edək ki, onlar “Neftçi” azarkeşidirlər.

Ramin İbrahimov “Neftçi”ni qələbə münasibəti ilə sosial şəbəkədə təbrik edib: ““Neftçi” kamandamızı Azərbaycan kubokunun sahibi olması münasibətilə ürəkdən təbrik edirik”.

Aygün İlqarqızı


Müəllif: