23 May 2014 18:27
1 481
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Sambo federasiyasının yeni vitse-prezidenti müəyyənləşib.

AzVision.az xəbər verir ki, “12 May” şirkətinin prezidenti Səbuhi Rəcəb döyüş sambosu üzrə vitse-prezident seçilib.


Bu barədə Azərbaycan Sambo Federasiyası” İctimai Birliyinin İcraiyyə Komitəsinin xüsusi iclasında qərar qəbul olunub.

Federasiyanın prezidenti Ceyhun Məmmədov Səbuhi Rəcəbi federasiyanın nümayəndələrinə təqdim edib.


Qeyd edək ki, Səbuhi Rəcəb Vaqif oğlu 1982 –ci il oktyabrın 20-də Bakı şəhərində doğulub. İxtisasca hüquqşünasdır. Uzun müddət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində çalışıb. 2010-cu ildən sahibkarlıq fəaliyyəti ilə məşğuldur. 2013-cu ildə “12 MAY” MMC-ni təsis edib. Ailəlidir, dörd övladı var.


Müəllif: