"Ançelottinin "Real"dakı ilk ilində Çempionlar Liqasının finalına yüksəlməsi böyük uğurdur. Final oynayacağımız üçün hamamız həyəcanlıyıq. Bu mövsümkü çıxışımızdan məmnunuq".
Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Real"ın futbolçusu Anxel di Mariya Çempionlar Liqasında "Atletiko" ilə final matçı öncəsi deyib.
O, ÇL-in kubokunu qazanmaqlarının onlar üçün çox önəmli olduğunu vurğulayıb:
"Azarkeşlər bizdən ÇL-in qalibi olmağı gözləyir. İnanıram ki, bu mövsüm bu kuboku qazanacağıq".
Qeyd edək ki, "Real" - "Atletiko" görüşü sabah baş tutacaq.