7 Aprel 2014 14:58
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 6-da keçirilən “Neftçi” – “Bakı” oyununda “”ağ-qaralar”ın azarkeşləri ilə polsi arasında isident yaşanıb və nəticədə fanatlardan biri tutularaq, bölməyə aparılıb.

Teleqraf.com xəbər verir ki, məsələ ilə bağlı Rekord.az-a açıqlama verən “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov artıq bütün problemin yoluna qoyulduğunu bildirib:

“Dünən elə də böyük insident yaşanmamışdı. Hətta mən deyərdim ki, burada şişirdiləsi bir şey də yoxdur. Bunu anlaşılmazlıq adlandırardım, o da yoluna qoyuldu. Polis stadiona asayişi qorumağa gəlir, bu, onun işidir. Azarkeş də komandasını dəstəkləyir. Belə hallar olur. “Neftçi” rəhbərliyi hər zaman azarkeşinin arxasındadır, komandamızın qazandığı uğurlarda onların da böyük payı var. Bu gün hansısa bölmədə “Neftçi”nin bir azarkeşi də yoxdur, hamısı öz evində, ailəsinin yanındadır”.


Müəllif: Teleqraf.com