"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klubu aşağı yaş qruplarının məşqlərində iştirak edib.
Teleqraf.com-un xəbərinə görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyri iş günü olmasına baxmayaraq, məşqlərə qatılan gənc mütəxəssis futbolun sirlərini azyaşlı futbolçulara öyrədib. Q.Qurbanov onlarla fulbol da oynayıb.