1 İyul 2015 10:46
1 108
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddətdi Avropa nəhənglərinin hədəfində olan "Yuventus"un aparıcı futbolçusu Pol Poqbanın "Barselona"ya keçidi razılaşdırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Gazetta dello Sport" məlumat yayıb. Kataloniya klubu "Mançester Siti" və "Çelsi" ilə mübarizədən qalib ayrılıb.

"Şəhərlilər"in 71 milyon, "zadəganlar"ın isə Oskarla yanaşı 35 milyon təklif etdiyi bir vaxtda "Barsa" 64 milyon avro ilə Poqbanın transferini həll edib.

UEFA tərəfindən qoyulan qadağaya görə, La Liqa nəhəngi bu transferi ancaq qışda reallaşdıra biləcək.

Qeyd edək ki, Poqba geridə qalan mövsümdə "Yuventus"un heyətində 41 oyun keçirib, 10 qol, 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Rüstəm


Müəllif: