2 İyul 2015 11:44
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

PSJ klubuna maliyyə "fair play" qaydalarına əməl etmədiyi üçün UEFA tərəfindən qoyulmuş qadağalar ləğv edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə "L’Equipe" nəşri məlumat yayıb. Buna səbəb klubun maliyyə göstəricilərini son il ərzində əhəmiyyətli dərəcədə yaxşılaşdırmasıdı.

Məlumatda bildirilir ki, Paris təmsilçisinə tətbiq olunan maksimum 60 milyon avroluq transfer limiti aradan qaldırılıb. Klubun yeni futbolçu almaq üçün oyunçularını satmağa ehtiyac qalmayacaq.


Bundan əlavə, PSJ Çempionlar Liqası üçün iştirak ərizəsinə 21 deyil, əvvəlki kimi 25 oyunçu daxil edəcək.

Rüstəm


Müəllif: