2 İyul 2015 20:47
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəqib komandanın oyununu təhlil etmişik və zəif cəhətlərindən yararlanmağa çalışacağıq.

Bu sözləri UEFA Avropa Liqasının ilk təsnifat mərhələsi çərçivəsində Monteneqronun “Mladost” komandasını qəbul edəcək “Neftçi” klubunun baş məşqçisi Samir Əliyev deyib.

Məşqçi əlavə edib: “Bizim öz oyun anlayışımız var. Rəqibə görə oyun qurmağı düşünmürük. Heyətimiz gənc futbolçulardan təşkil olunub. Hazırlıq üçün vaxtımız çox olmasa da meydanda mübariz komanda görəcəksiniz”.

“Neftçi”nin futbolçusu Elşən Abdullayev deyib ki, komandamızda təcrübəli futbolçu çox deyil. Buna baxmayaraq, biz öz gücümüzə inanırıq. Bu oyunda özümüzü ən yaxşı tərəfdən göstərməliyik. İnanıram ki, komanda halında istədiyimiz nəticəni qazanacağıq.

Komandada çoxlu dəyişikliyin olduğunu vurğulayan yarımmüdafiəçisi Rəhman Hacıyev deyib ki, hər şeyə sıfırdan başlamışıq. Bu oyun bizim üçün çox vacibdir. Ciddi hazırlaşmışıq. Meydana qələbə üçün çıxacağıq.

UEFA Avropa Liqası yarışlarının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Neftçi”nin rəqibi Monteneqronun “Mladost” komandasıdır.


Müəllif: