3 İyul 2015 10:16
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni mövsümün transfer çalışamalarını davam etdirən "Milan" daha bir hücumçunun keçidini rəsmən elan edib.

Teleqraf.com xəbər verir ki, daha öncə "Sevilya"dan hücumçu Karlos Bakkanın transferini həll etdiyini açıqlayan "Rossoneri"lər bu dəfə "Şaxtyor"un üzvü Luis Adriano ilə münasibətlərini rəsmiləşdirib.

Braziliyalı forvard "Milan"la 5 illik müqavilə imzalayıb. O, yaxın günlərdə komandaya qoşulacaq.

Transferin dəyərinin təxminən 7 milyon avro olduğu bildirilir.

Qeyd edək ki, 2014-15 mövsümündə 30 matçda meydana çıxan Adrianonun aktivində 16 qol, 12 məhsuldar ötürmə var.

Rüstəm


Müəllif: