4 İyul 2015 11:43
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Monako"nun hücumçusu Radamel Falkao yeni mövsüm "Çelsi"nin uğurları üçün tər tökəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə klubunun rəsmi saytında məlumat yayılıb. Premyer Liqa nəhəngi kolumbiyalı futbolçunu bir mövsümlük icarəyə götürüb.

Daha əvvəl bildirilirdi ki, "Çelsi" mövsümün sonunda Falkaonu 50 milyon avroya alacaq.

Ötən mövsümü "Mançester Yunayted"də icarə əsasında oynayan Falkao 26 matçda 4 qol vurub və 4 məhsuldar ötürmə verib.

Rüstəm


Müəllif: