4 İyul 2015 12:54
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcü futbol mütəxəssisi Şota Arveladze "Trabzonspor"a baş məşqçi təyin olunub. Baş məşqçi postuna gətirilən Şota artıq klubun rəhbərliyiylə də görüşüb.

Publika.az xəbər verir ki, o, sabiq baş məşqçi Ersun Yanalın heyətdən kənarlaşdırdığı oyunçulara yenidən şans vermək istədiyini deyib:

“Oyunçunun nəyə qadir olduğunu bilmədən komandadan kənarlaşdırmağı düzgün saymıram. Klubla müqaviləsi olan bütün oyunçular mövsümöncəsi təlim-məşq toplanışına qatılmalıdı. Bəlkə düşərgədə bir az çox futbolçu olacaq, amma "Trabzonspor"da oynamağın nə demək olduğunu mən yaxşı bilirəm. Burda oynamaq fürsətini kiminsə əlindən almaq istəmirəm. Təlim-məşq toplanışına tam heyətlə başlayaq, kimin qalacağına və ya gedəcəyinə sonra qərar verərik”.

Arveladze "Trabzonspor"la 2 illik müqavilə imzalayıb. Gürcü mütəxəssis "qırmızı-göylər"də ilinə 1,2 milyon avro qazanacaq.


Müəllif: