4 İyul 2015 13:19
970
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Barselona"da prezidentliyə namizəd olan Josep Maria Bartomeu "Atletiko"nun futbolçusu Arda Turanı transfer edəcəkləri iddialarına münasibət bildirib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, komandanın baş məşqçisi Luis Enrikenin türk yarımmüdafiəçini istədiyini təsdiqləyib:

"Klub nümayəndələri onunla danışıqlara başlamalıdır. Çünki Luis Enrike Ardanı istəyir. Arda Turanı transfer etsək daha yaxşı rəqabət aparan komanda olacağıq".


Müəllif: