4 İyul 2015 22:17
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın bir sıra idman saytları 2016-cı ildə Formula-1 (F1) üzrə Avropa “Qran-pri” yarışlarının Azərbaycanda keçiriləcəyi barədə məqalələr yayıb.

Məqalələrdə “Formula-1” avtoyürüşləri üzrə dünya çempionatının rəhbəri Berni Ekklstounun fikirlərinə yer verilib: “Bakıda yarışlara hazırlıq prosesi, obyektlərin tikintisi sürətlə davam edir. Əminəm ki, yarışlara qatılanlar Bakını çox sevəcəklər”.

Bildirilir ki, son zamanlar Azərbaycan bir sıra önəmli tədbirlərə ev sahibliyi edir. Bu sırada ilk Avropa Oyunlarını xüsusi vurğulamaq lazımdır. Bu yarışları yüksək səviyyədə təşkil edən Azərbaycan güclü dövlət olduğunu bir daha dünyaya sübut etdi.


Müəllif: