5 İyul 2015 01:37
835
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çilidə futbol üzrə Amerika kuboku uğrunda final oyunu keçirilir. Finalda Çili və Argentina yığmaları qarşılaşırlar.

Teleqraf.com xəbər verir ki, heyətində Lionel Messi, Di Mariya, Maskerano kimi dünya futbolu ulduzlarının yer aldığı Argentina komandası oyunun favoriti sayılır. Bununla belə, “ulduzlar” hələlik meydan sahiblərinin qapısına yol tapmağa çətinlik çəkirlər. Birinci hissə 0:0 hesabı ilə başa çatıb.

Paraqvayı 2:0 hesabı ilə məğlub edən Peru millisi turnirin bürünc medallarına sahib olub.


Müəllif: